F-1.az xatırladır ki, ispaniyalı sürücü Amerika yarışından əvvəl Toro Rosso komandasından Renault-ya keçib. 23 yaşlı sürücü birinci sərbəst yürüşlərdə komanda yoldaşı Hülkenbeqi 0.7, ikinci sərbəst yürüşlərdə isə 0.007 saniyə qabaqlayıb.
Karlos Sayns: “İki komanda arasındakı fərq məndə sirr kimi qalsın. İki fərqli komanda, balans, fəlsəfə və boliddən danışırıq. Bu üstünlüyü özümdə və komandada tutmaq istəyirəm. Mən belə şeyləri mətbuat önündə danışmağı düzgün saymıram.
Özünüzü güc qurğusuna, qaz pedalına və sükana öyrəşdirməyə çalışırsınız. Hazırda kiçik addımlarla öyrəşirəm. Bu gündən razıyam. Daha çox dövrə vura bilsəm, hər şey daha yaxşı olacaq”.