K.Sayns boliddən razıdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, boliddə özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakodakı birinci sərbəst yürüşləri lider qapatsa da, ikinci sərbəst yürüşlərdə qəza edib. Buna baxmayaraq, 28 yaşlı pilot günü 3-cü yerdə qapadıb.

Karlos Sayns: “Ümumilikdə gün yaxşı keçdi. Hər iki sessiyada da sürətli idik və boliddə özümü yaxşı hiss edirdim. Bolidi təkmilləşdirmək üçün sınamaq istədiyim bəzi sazlanmalar var, amma ümumilikdə rəqabətədavamlıyıq.

Limitləri tapmağa çalışarkən kiçik səhvə görə sessiyanı belə bitirmək heç də yaxşı olmadı. Mexaniklərimi əlavə işlətdiyim üçün onlardan üzr istəyirəm”

Qeyd edək ki, ispaniyalı sürücü Monakoda həmişə yaxşı çıxışı ilə yadda qalıb. O, son iki mövsümdə yarışı ikinci yerdə bitirərək, podiuma yüksəlib. İşin maraqlı tərəfi isə odur ki, hər iki halda Red Bull sürücülərindən geridə qalıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*