K.Sayns boliddən razı qalıb

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, komandanın inkişafından razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm ilk dəfə doğma publikası önündə komanda yoldaşı Hülkenberqi qabaqlayıb.

Karlos Sayns: “Sıralanma turu mənim üçün yaxşı keçdi. Boliddə özümü yaxşı hiss edirdim və nəticəyə görə xoşbəxtəm. Cümə günü bəzi problsmlərimiz oldu, amma onları həll edib sıralanma turuna qüsursuz hazırlaşdıq. Komanda əla iş gördü. Son sessiyaya qalmaq çətin idi, çünki orta qrupda bütün komandalar bir-birilərinə çox yaxındırlar. Amma öz publikamın önündə yarışa 9-cu yerdən başlamaq gözəl olacaq. Bu gün yarışda güclü performans göstərməliyik. Yarışa Soft təkərlərlə başlayacağıq. Strategiya cəhətdən bizə kömək edə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*