K.Sayns: “Bir az qəribə oldu”

McLaren komandasının sürücüsü Karlos Sayns karyerasının ilk podiumunu qazandığı üçün sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışı 4-cü bitirsə də, Həmiltonun 5 saniyə cəza alması ilə 3-cü olub və karyerasının ilk podiumunu qazanıb. Sayns buna görə də podiuma vaxtında yüksələ bilməyib. Lakin daha sonra podiuma yüksəlib və ona şampan və ilk kuboku təqdim edilib.

Karlos Sayns: “Podiumdayıq! Yarışdan sonra podiuma çıxmamağımız qəribə oldu, amma yenə də çox xoşbəxtəm. Bugünkü yarış inanılmaz idi. Tək pit-stoplu strategiya çətin olsa da, işə yaradı. Bütün komandanı təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*