K.Sayns: “Bilmirəm harada yarışım”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Malaziyada hansı komanda ilə yarışacağına qərar verməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn ildən etibarən Renault-da yarışacaq. Amma bəzi söz-söhbətlərə görə, 23 yaşlı sürücü artıq Malayziya yarışından etibarən fransız təmsilçisinin heyətinə qatıla bilər.

Karlos Sayns: “Sözün açığı, mənə bu barədə heç nə deməyiblər. Mən də sizin kimi nə olacağını bilmirəm. Renault komandasında birillik icarə əsasında yarışacam. Daha sonra isə öz yuvama – Red Bull-a qayıdacam.

Özümə çox inanıram. Əgər Ferrari və ya Mercedes sürsəydim, çempionluq uğrunda mübarizə apara bilərdim. Amma bu il Toro Rosso ilə də gözəl nəticələr alaraq, gücümü isbat etdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*