K.Sayns: Bəzi şeyləri fəda verdik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Meksika yarışında çox şeydən imtina etməli olublar.

F-1.az xatırladır ki, Ferrari komandası Rodriqes Qardaşları trasında çox zəif görünüb və yarışı 5-6-cı yerlərdə bitiriblər. Onlar Mercedes və Red Bull-un tempinə heç yaxın da dura bilməyiblər. İddialara görə “qırmızılar” trasın dəniz səviyyəsindən yüksəkdə yerləşməsinə görə motor gücünü azaldıblar.

Karlos Sayns: “Bu gün ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni etdik. Heyif ki, tempimiz yox idi. Yaxşı yarış keçirdim, amma liderlə fərqimiz çox oldu.

Bi həftəsonu bəzi şeyləri fəda verməli idik. Bilirdik ki. Meksikada yavaş olacağıq. Buna görə də maksimum xallar qazanmağa çalışdıq və çox şey itirmədik. Bu işin müsbət tərəfidir. Artıq Braziliya və Əbu Dabi yarışlarına fokuslana bilərik. Orada əsl tempimizə geri dönəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*