F-1.az xatırladır ki, Şarl Lekler finiş görə bilməyib, Karlos Sayns isə son dövrələrdə aldığı cəzaya görə xal zonasından kənarda qalıb.
Karlos Sayns: “Yaxşı start aldım və Medium təkərlərlə inamla pilotluq etdim. Lakin bəxtimiz gətirmədi – yarışın ilk dəfə qırmızı bayraqlarla dayandırılmasından dərhal əvvəl pit-stop etdik. Buna görə də 11-ci pilləyə gerilədim, amma gözəl ötmələr etməyi və tempimi saxlamağı bacardım, ona görə də işimdən razı qaldım.
Ümumiyyətlə, yaxşı yarış keçirdik, amma cərimə bizim bütün cəhdlərimizin üstündən xətt çəkdi və mən onunla razılaşmıram. Məyusluğun öhdəsindən gəlmək mənim üçün çətindir, amma çalışacağam ki, yalnız müsbət məqamlar haqqında düşünüm və diqqətimi növbəti yarışa yönəldim”.