F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il gözəl performansla komada yoldaşı Şarl Lekleri geridə qoyub və mövsüm ərzində 4 dəfə podiuma yüksəlib.
Karlos Sayns: “Əgər eyni boliddə və ya bərabər şəraitdə yarışsaq, Həmilton və Ferstappenlə mübarizə apara bilərəm. Red Bull və Mercedes-in builki maşınları Ferrari-dən 1 saniyə üstün idi. Bir pilot öz istedadı ilə maksimum 0.2-0.3 saniyə qazana bilər. Rəqibinizin maşını 1 saniyəs sürətlidirsə, istedadınız onları keçməyə icazə verməz. Ümid edirəm ki, gələn il komandalar bir-birlərinə yaxın olarlar”.