F-1.az xatırladır ki, Ferrari komandası bu mövsüm keçən ilə nisbətən inkiaşf etsə də, düzlüklərdə hələ də zəifdir. Bu il 5 yarışdan da xal qazanan “qırmızılar”, sonuncu Monako yarışında Karlos Saynsla bu mövsüm ilk dəfə podium qazanmışdılar.
Karlos Sayns: “Bakıda uzun düzlüklər çodur və orada ən yaxşı komanda olmayacağıq. Əgər trasın texniki hissələrində vaxt qazana bilsək, podium uğrunda mübarizə apara bilərik”.
İspaniyalı pilot Azərbaycan Qran Prisində dostu Lando Norrisi favorit görür: “Məncə, dostum Lando Norris Bakı yarışı üçün həyəcanlı olmalıdır”.
Qeyd edək ki, Karlos Sayns indiyə kimi Bakı Şəhər Halqasında keçirilən 4 yarışın 3-dən xalla ayrılıb və bu yarışlarda komanda yoldaşlarını qabaqlayıb.