F-1.az xatırladır ki, son illərdə Formula1-də sıx mübarizə olmur. Buna görə də bu il bəzi aerodinamik dəyişikliklər ediləcək.
Karlos Sayns: “Məncə, yarışlar hələ də yaxşı deyil. Buna görə də 2021-ci ilə qədər daha yaxşı şou üçün işləməliyik. Hazırda yarışlara və bolidlərə neqativ baxışlar var. Lakin insanlar Formula1-in ən sürətli dövründə olduğunu unudurlar. Heç kim bu barədə danışmır. Hamı 2004-cü ildən danışır. Ancaq 2018-ci ildə Həmiltonun atdığı poul dövrələrinin Formula1 tarixindəki ən sürətli dövrələr olduğunu deyən yoxdur. Bu ilin bolidlərində müsbət dəyişikliklər var. Əminəm azarkeşlər bununla maraqlanarlar”.