K.Sayns: “Axmaq gün idi”

Karlos Sayns sıralanma turunun ikinci sessiyasına keçə bilməyərək 21-ci yeri tutub və şənbə gününün onlar üçün çətin keçdiyini deyib...

F-1.az xatırladır ki, cümə günü keçirilən sərbəst yürüşlərdə iki dəfə Kvyatın təkəri partlamış və Toro Rosso komandası ehtiyat edərək, Saynsı da trasa buraxmamışdı. Problemlər sıralanma turunda da davam edib və Kvyat 17-ci, Sayns isə 21-ci yeri tutub.

Karlos Sayns: “Dünəndən bəri çox çətinlik çəkirik. Problemlərə görə yaxşı dövrə vura bilmədik və nəticə ortadadır. Dövrə vurmamaq məlumat toplamamaq deməkdir. Belə olan halda isə düzgün sazlanma tapa bilmirik. Mövsümü daha yaxşı nəticələrlə bitirmək istəyərdik, amma işlər pis getdi.

Bolidə minən zaman hansı problemlə qarşılaşacağınızı bilmirsiniz və buna görə də sürmürsünüz. Bu cür problemlərlə yarışmaq xoş deyil. Ümid edirəm ki, yarışda bəxtimiz gətirər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*