K.Sayns: Avstriyada daha yaxşı çıxış etməyə çalışacağıq

Ferrari sürücüləri Monrealdakı yarışda Təhlükəsizlik Maşını trasda olarkən pit-stop etməmiş, yekunda bir dəfə təkər dəyişərək yaxşı yerlər tutmuşdular.

F-1.az xatırladır ki, Karlos yarışa 11-ci başlamış və yekunda 5-ci olmuşdu. Lakin o, son yarışdakı nəticəyə görə Ferrari-nin yüksək qiymətləndiirlməsinin əleyhinədir.

Karlos Sayns: “Maşın həftə sonu boyu sürətli idi, biz Mercedes və Aston Martin ilə bərabər mübarizə apara bilərdik, amma özümüz səhv etdik və bunun əvəzini ödədik. Növbəti dəfə daha yaxşısını etməyə çalışacağıq. Biz irəliləyirik, lakin nəticələr trasın xüsusiyyətlərindən asılıdır.

Biz hansısa trasda daha rəqabətədavamlı oluruq, hansında isə daha zəif təsir bağışlayırıq. Sürətli döngələrin olduğu Barselonada problemlər yaşadıq. Kanadada trasın konfiqurasiyasına görə daha güclü olacağımızı bilirdik – və belə də oldu. Gəlin görək Avstriyada işlər necə cərəyan edəcək, qüvvələrin nisbəti necə olacaq – və biz bundan sonrakı iş zamanı bunu rəhbər tutacağıq”.

Xatırladaq ki, geridə qalan 8 yarışdan sonra Sayns çempionatda beşinci, onun komanda yoldaşı Şarl Lekler isə yeddinci yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*