F-1.az xatırladır ki, Renault komandası keçən il Saynsı transfer etmək üçün dəridən-qabıqdan çıxsa da, Red Bull komandasının rəhbəri Kristian Horner bu transferə icazə verməmişdi. Amma bir neçə gün əvvəl Renault komandası gələcəkdə bir ispan sürücü transfer etmək istədiyini açıqlayıb və hamının ağlına Karlos Sayns gəlib.
Karlos Sayns-ata: “Renault? Bu barədə heç vaxt düşünməmişik. Bunlar mətbuatın uydurmalarıdır. Mövsümün əvvəlində bu cür xəbərlərin çıxması doğru deyil. Hazırda Karlos təkcə Toro Rosso barədə düşünür və burada uğur qazanmaq üçün çox işləyir. Əgər bu mövsüm də yaxşı çıxış etsə, əlinə daha yaxşı fürsətlər düşə bilər. Hazırda buna fokuslanmalıdır. Digər xəbərlərə isə qulaq asmamalıdır”.