F-1.az xatırladır ki, Karlos Saynsla Renault, Ferrari və Mercedes komandaları maraqlanmış, amma Red Bull rəhbərliyi ispaniyalının komandadan ayrılmağına icazə verməmişdi.
Karlos Sayns-ata: “Karlos Formula1-də Red Bull kimi komandanın heyətində olduğu üçün şanslıdır. Hazırda ancaq Toro Rosso komandasına fokuslanmalıdır. Önündə uzun illər var. Bu il Toro Rosso ilə yaxşı mövsüm keçirməlidir. Əgər bir sürücü yaxşı performans göstərsə, əlinə yaxşı fürsətlər düşər. Bunu özünüz yaratmalısınız. Hazırda edəcəyi ən pis iş başqa şeylərə fokuslanıb, beynini yorması olar”.