K.Sayns-ata: “Oğlum məndən intiqam aldı”

Karlos Sayns Ata bildirib ki, Dakar rallisini qazanması üçün oğlu ona çox kömək edib.

F-1.az xatırladır ki, 55 yaşlı sürücü 1990 və 1992-ci illərdə WRC-də Dünya Çempionu olub. Ralli karyerasını bitirdikdən sonra Dakar marafonuna qoşulub və 2010-cu ildə ilk qələbəsini əldə edib. Amma qocalıqda yorğalıq edən ata Sayns 2018-ci ildə Peugeot ilə növbəti dəfə Dakarda qalib gəlib.

Karlos Sayns-ata: “Məncə, bu qələbəyə layiq idim. Bunun üçün çox işlədik. Enişli-yoxuşlu dövrlərdən keçsək də, əlimdən gələni etdim. Çox çətin idi. Oğlumla hər mərhələdən əvvəl və sonra danışırdım. Məncə, ona verdiyim nəsihətlərin intiqamını alırdı. Son iki həftədə ancaq bunu etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*