F-1.az xatırladır ki, gənc Karlos keçən ilin sonunda Renault-dan ayrılaraq McLaren komandasına keçib. Əksəriyyət bu keçidin riskli olduğunu düşünsə də, onun atası bu fikirlərlə razı deyil: “Hazırda yeni fəlsəfə ilə bolid düzəldirlər. Karlos özünü boliddə yaxşı hiss etsə, gözəl yarışlar çıxara bilər. O, Fernando Alonsonun dəstəyini aldı. Alonso komanda ilə əlaqə saxlayır və yarışlara gələcək”.
Bəzi iddialara görə, Alonso gələn il Dakar rallisində iştirak edəcək və buna görə də Nasser əl Əttiyənin Toyota Hilux-unu test edəcək. Lakin ralli üzrə ikiqat dünya çempionu Formula 1 üzrə ikiqat dünya çempionu və dostuna xəbərdarlıq verib: “Bu barədə düşünməlidir. Dakar başqa dünyadır”.