F-1.az xatırladır ki, Karlos Sayns cümə gününü 7-ci yerdə bağlayıb.
Karlos Sayns: “Mövsümün ilk sessiyaları bizim üçün gözəl başladı. Proqramımızı ən yaxşı formada davam etdirdik və günü problemsiz bağladıq. Əsas hədəfimiz də bu idi. Amma bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq. İşimiz bundan sonra başlayır. Tempimizi qorumalı və yarışda yaxşı işlər görməliyik. Doğru sazlanmaları tapıb, sıralanma turunda yaxşı yer tutmaq istəyirik”.