F-1.az xatırlaıdr ki, Karlos Sayns sonuncu sərbəst yürüşlərdə 16-cı yeri tutmuşdu. Amma ispaniyalı sürücü dəyişkən hava şəraitindən maksimum istifadə edərək, son sessiyaya qalaraq 6-cı yeri tutub.
Karlos Sayns: “Sonuncu sərbəst yürüşlərdən sonra McLaren və Force İndia-ya 0.8 saniyə uduzurdu və buna görə də aldığımız bu nəticəyə inana bilmirik. Necə olduğunu anlamadıq. Amma nəticə onu göstərir ki, biz son sessiya ilə sıralanma turu arasındakı müddət ərzində yaxşı işləmişik. Dəyişkən hava şəraitinə tez uyğunlaşdıq və mən də yaxşı dövrələr vurdum. Belə şəraitdə sürücülər çox şey yoxlaya bilirlər. Bir neçə dövrədən sonra özümə güvəndim və ən yaxşı dövrəmi ata bildim. Bu, bəzən işə yarayır, bəzən də yaramır”.