K.Sayns Alpine yolundadır?

İspaniya mətbuatı iddia edir ki, Alpine komandası Karlos Saynsla maraqlanır.

F-1.az xatırladır ki, xatırladır ki, son günlər çıxan xəbərlərə Alpine komandasının rəhbərliyi Esteban Okonun liderloyindən razı deyil. Buna görə də onlar sabiq sürücüləri Karlos Saynsla maraqlanırlar.

İspaniyalı sürücü 2017-ci ilin don 4 yarışında və 2018-ci ilin tamamında Renault-da çıxış etmiş və qənaətbəxş performans göstərmişdi. O, daha sonra McLaren-ə keçmişdi. Hazırda Ferrari-də çıxış edən Saynsın performansı italyanların ürəyincə deyil. Maşına öyrəşə bilməyən 28 yaşlı pilot, komanda yoldaşı Leklerdən yarış performansında çox geridə qalır.

Karlos Saynsın Ferrari ilə olan müqaviləsi gələn ilin sonunda başa çatacaq. Lakin onun daha sonra nə edəcəyi hələ müəmmalıdır.

İspaniya mətbuatı iddia edir ki, Saynsın növbəti komandası Alpine ola bilər: “Sayns ilə danışıqlar yeni başlayır, amma o, indidən qəbuledilməz bir şey istəyib”.

Qeyd edək ki, Karlos Sayns keçən il Britaniya yarışında qalib gəlib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*