F-1.az xatırladır ki, “mavilər” mövsümə pis başlasa da, son yarışlarda yüksəlişə keçiblər və Monakoda podium qazanıblar. Ferrari isə son yarışlarda çox zəif təsir bağışlayır.
Karlos Sayns: “Aıpine tezliklə bizə qoşulacaq. Onlar artıq mübarizəyə daxil olmağa çox yaxındırlar. Hələ bir az üstünlüyümüzün olduğunu düşünsəm də, Aston MArtin və Mercedes də güclüdür.
Ümumilikdə Aston bir az üstün olur və görək Mercedes Barselonadakı performansını təkrar edə biləcək?”
Kanadada bu həftəsonu yağış gözlənilir. Sayns bu mövzuda da danışıb: “Builki maşına görə yağış bizə kömək edə biləcək? Bilmirəm. İndiyə kimi maşının yağış performansı ümidli olmayıb”.