F-1.az xatırladır ki, 23 yaşlı sürücü orta qrupda həmyerlisi ilə tez-tez mübarizə aparır. Sonuncu Macarıstan yarışında da iki sürücü arasında mübarizə yaşanmış və Alonso şagirdi Saynsı gözəl bir hücumla qabaqlamışdı.
Karlos Sayns: “Onunla apardığım mübarizə növbəti illərdə mənə üstünlük qazandıracaq. Bu qələbə üçün yarışmaq kimidir. Nəticədə Fernando Dünya Çempionudur. Böyük ehtimalla, peletonun ən yaxşısıdır. Onunla orta qrupun ən yaxşısı olmaq üçün mübarizə aparırıq. Bu il mənim üçüncü mövsümümdür. Ondan çox şey öyrənirəm. Bunlar mənə gələcəkdə fayda verəcək”.