F-1.az xatırladır ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titulunu qazanmış və 2007, 2010 və 2012-ci illərdə isə çempionluğu son yarışda əldən vermişdi. Bundan başqa, 35 yaşlı sürücü 2010, 2012 və 2013-cü illərdə çempionatı ikinci yerdə bitirmişdi.
Karlos Sayns: “Fernando 5 və ya 6 dəfə Dünya Çempionu olmuş kimidir. Ferrari dövründə etdiklərini müasir zamanda çox adam edə bilməz. McLaren-də də gördüyü işlə fərqliliyini göstərir. Sadəcə bir xalla Dünya Çempionluğunu əldən verdi. Paddokdakı bütün insanlar da onun tarixin ən yaxşılarından biri olduğunu qəbul edir. Çempionluq üçün doğru zamanda doğru yerdə olmalısınız. Bunun üçün altınızdakı bolidin gücü vacibdir”.
K.Sayns: “Alonso tarixin ən yaxşılarındandır”
Karlos Sayns bildirib ki, Fernando Alonso Formula1-də göstərdiyi performansa görə 5 və ya 6 qat Dünya Çempionluğuna layiqdir.