K.Sayns: “Alonso Formula1-də qalacaq”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Alonso 2017-ci ildən sonra da karyerasına davam edəcək.

F-1.az xatırladır ki, Fernando Alonso daha əvvəl verdiyi açıqlamalarda bildirmişdi ki, əgər 2017-ci ilin bolidlərindən xoşu gəlməsə, idmandan gedəcək.

Amma Karlos Sayns düşünür ki, Formula1-in yeni texniki reqlamenti ikiqat Dünya Çempionunun xoşuna gələcək və yarışmağa davam edəcək: “Fernando ilə çox danışa bilmirik. Ən azından insanların düşündüyü qədər çox olmur. Hətta indiki halda mövsümə necə hazırlaşır bilmirəm, amma bir onu bilirəm ki, Fernando 2017-ci il bolidlərini sınadıqdan sonra təqaüdə çıxmaq qərarından əl çəkəcək.

Yeni bolidlər simulyatorda çox güclü görünürlər. Daha sürətli bolidlər və daha enli təkərlər bizə ötmələrdə çox şans verəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*