K.Sayns: “Albert Park üçün darıxmışam”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, testlərdən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü testlərin 8-ci günündə ötürmələr qutusu ilə bağlı problem yaşamışdı. Problem düzələndən sonra yenidən trasa qayıdan 24 yaşlı sürücü ən sürətli 3-cü nəticəni göstərmişdi.

Karlos Sayns: “Heyif ki, cümə gününün böyük hissəsi bizim üçün pis keçdi. Yenə də keçirdiyimiz pozitiv gündən razıyam. Son saatlarda komanda problemləri həll edib məni yenidən trasa göndərdi. Bu hissəni mümkün qədər yaxşı dəyərləndirib çoxlu dövrə vurdum. Gözəl final oldu. Sözün açığı, problemlərin elə testlərdə çıxmasını istəyirəm. Ən azından indi vəziyyəti başa düşüb təhlil etdik. Yarışda belə problem yaşansa, daha pis olar.

İlk yarışı səbirsizliklə gözləyirəm. Yenidən Albert Parkda sürmək əla olacaq. Ümid edirəm ki, mövsümə yaxşı başlayarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*