F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 3-cü olsa da, sabahkı yarışa 19-cu yerdən başlayacaq.
Karlos Sayns: “Düzünü desəm, sıralanma turu əla keçdi. Özümü yaxşı hiss edirəm. Bütün sessiyalarda tam qazal gedirdim. Əsas problem son sessiyada hava kisəsi almamağım oldu. Buna görə də poul uğrunda mübarizədə 0.2-0.3 saniyə itirdim.
Lakin fərqi yoxdur. Onsuz da axırıncı yerdən başlayacam. Dəyişən heç nə yoxdur. Dövrəm yaxşı idi. Düzünü desəm, sabah sondan başlamaq məni incidir. Xüsusən də bolidimiz bu qədər güclü ikən. Əlimdən gələni edib şou göstərməyə çalışacam. Tempimiz yaxşıdır”.