F-1.az xatırladır ki, finlandiyalı sürücü Xorvatiyada çətin ralli keçirib. O, xüsusən də cümə günü istədiyi tempi tutdura bilməyib və ikinci etapda təkər partladaraq, iki dəqiqə itirib. Bununla da qələbədən uzaqlaşıb.
Lakin Rovanpera şənbə günü özünə gələrək, dörd etap qazanıb və rallini dördüncü yerdə bitirib. O, bu mövsüm ralli qazana bilməsə də, 68 xalla üçüncü yerdə qərarlaşıb və önündəki Sebastyen Ojye və Elfin Evansdan sadəcə 1 xal geridə qalır.
Kalle Rovanpera: “Çətin həftəsonu idi. Sazlanmalar cəhətdən daha yaxşı hazırlaşmalıyam. Rallilərə belə başlamaq olmaz. Bu dəfə doğru sazlanmaları tapa bilmədik. Buna görə də cümə günü çətinlik çəkdik.
Mükəmməl rallilər keçirməsək də, mübarizədə olmaq gözəldir. Ümid edirəm ki, tempimizi tapanda daha yaxşı xallar qazanmağa başlayacağıq. Ümid edirəm ki, tezliklə qələbə qazanarıq”.