K.Rovanpera: Sardiniya çətin keçəcək

Ralli üzrə sonuncu Dünya Çempionu Kalle Rovanpera bildirib ki, Sardiniya təqvimdəki ən çətin ralli ola bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Portuqaliya Rallisində mükəmməl performansla builki ilk qələbəsini qazanıb və turnir cədvəlində liderliyə oturub. Buna görə də 22 yaşlı sürücünü. çətin yarış gözləyir, çünki əksər etapların açılışını o edəcək. Rovanpera burada sadəcə 1 dəfə xal alıb və Sardiniyadakı ən yaxşı nəticəsi keçənilki beşincilikdir.

Kalle Rovanpera: “Portuqliya bizim üçün əla həftəsonu oldu. Yenidən qalib gəlmək gözəldir. Növbəti yarışlarda da belə davam etməyə çalışacağıq. Ancaq Sardiniyanın daha çətin keçəcəyini bilirik.

Təqvimdəki bütün rallilər arasında mənim üçün ən çətini buradır. Sardiniyada hava həmişəki kimi quru və isti olsa, orada yola çıxan ilk sürücü olmaq çətindir. Cümə günü keçiriləcək 50 kilometrlik etap bu ilin ən çətin etapı olacaq. Məni çətin həftəsonu gözləyir. Amma həmişəki kimi komanda ilə birlikdə ən yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*