K.Rovanpera: Etap qələbələrini yığmaq yaxşıdır

Toyota komandasının sürücüsü Kalle Rovanpera bildirib ki, Estoniya Rallisindən həzz alıb.

F-1.az xatırldır ki, Kalle karyerasının ən hegemon rallisini geridə qoyub və ikinci yerdəki Terri Növyilə 46.5 saniyə fərq atıb. O, şənbə günündən etibarən bütün etapları qazanıb. Beləliklə, ardıcıl 13 etap qələbəsi ilə yeni bir rekord qırıb.

WRC tarixində sadəcə Sebastyen Löb buna yaxın bir uğura imza atıb. O, 2005-ci ildə Korsika Rallisində 13 etapdan 12-i qazanmışdı.

Kalle Rovanpera: “Doğrudan da yaxşı ralli idi. Təqvimdəki ən çox sevdiyim rallidir. Çox həzz aldım. Maşından və etaplardan doğrudan da həzz alıram. Göstərdiyim zaman nəticələrindən bunu görə bilərsiniz. Məntiq əslində çox sadədir. Maşın istədiyiniz kimi işləyirsə, onda istədiyinizi edə bilərsiniz.

Etapları yaxşı bilirsinizsə, hər şey özünüzə olan inamdan asılı olacaq. Bəzi yerlərdə limitlərdə getməyə gərək yox idi. Sadəcə qaza basmağım bəs elədi.

Deyəsən Löb də buna bənzər performans göstərmişdi. Sözün açığı, bunu ciddiyə almıram. Yenə də etap qələbələrini yığmağımız əladır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*