K.Rovanpera: Dördüncülük yaxşıdır

Toyota komandasının sürücüsü Kalle Roavanpera bildirib ki, tozsoranlıq etdiyi həftəsonunda 4-cü yer yaxşıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk çınqıllı rallisi Meksikada komanda yoldaşı Ojyedən 1 dəqiqə 55 saniyə geri qalaraq, 4-cü olub. O, bu il üç yarışdan sonra qələbə üzünə həsrətdir.

Kalle təkcə cümə günü 59.7 saniyə vaxt itirib. Buna görə də bonus mərhələsinə fokuslanıb. Burada isə limitlərdə sürən Rovanpera maşınının arxasına ağaca çırpıb və mərhələni ikinci yerdə bitirib. Beləliklə, o, Meksika Ralllisindən 16 xalla ayrılb və turnir cədvəlində 3-cü yerə geriləyib.

Kalle Rovanpera: “Düzünü desəm, çəton həftəsonu idi. Cümə günü yolu açarkən, çox itirdim və daha sonra liderə qarşı çox itirdik. Bonus mərhələsində daha yaxşı nəticəyə ümid edirdim. Var qüvvəmlə sürdüm, ancaq bir səhvlə arxa qanadı itirdik. Arxa qanad olmadan sürətlənə bilmirdim.

Yolu açan sürücü olduğumu düşünsək, 4-cü yer yaxşı nəticədir. Maksimum nəticə əldə etdik”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*