K.Rovanpera da mübarizəni dayandırıb

Finlandiya Rallisində növbəti çempion mübarizəni dayandırıb: Ott Tanakdan sonra çempionatın lideri Kalle Rovanpera da aşaraq, ralli ilə vidalaşıb.

F-1.az bildirir ki, finlandiyalı sürücü məşhur Myhinpa etapının 11-ci kilometrində təpəni aşarkən, GR Yarisinin idarəetməsini itirib və qəza edib. Maşın bir neçə dəqiqədən sonra təkərləri üzərinə çevrilsə də, yarışa qayıtmaq mümkün olmayıb.

Rovanpera səkkizinci etpdan əvvəl ən yaxın rəqibi Elfin Evansdan 5.7 saniyə öndə idi. Kalle əvvəlki 5 etapı qazandığı üçün bu qəza hamıya təəccüblü gəlib.

Hazırda Evans Rallidə liderdir və o, ən yaxın rəqibi Terri Növilli 11 saniyə qabaqlayır. Takamoto Katsuta isə 13 saniyə fərqlə 3-cü yerdədir.

Hari-Matti Latvala Finlandyada yarışdığı üçün komandanın rəhbəri olan Akio Toyoda: “Sürücülərimiz sağ olduğu üçün sevinirəm. Bu vacib idi. Maşın haqda hələ məlumatımız yoxdur. Buna görə vəziyyəti araşdıracağı və sonra sizə detallı məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl Esapakki Lappi, Ott Tanak və Pyer-Lyui Lyube də mübarizəni dayandırmışdılar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*