F-1.az xatırladır ki, finlandiyalı sürücü 2022-ci il mövsümünü çempion kimi bitirərək, ralli tarixinin ən gənc çempionu olub.
Kalle Rovanpera: “İlk çempionluğu qazanmaq həmişə çətin olub. Ancaq bu mövsüm bizim üçün yaxşı keçdi. Belə tez çempion olmağı gözləmirdik, amma həmişə hədəfimiz bu olub. Bu müddət ərzində təcrübəsiz olduğumu hiss etmədim”.