K.Rovanpera: Bəladan qaçmalıyıq

Toyota komandasının sürücüsü Kalle Rovanpera bildirib ki, trasın bəzi hissələri dəyişdiyi üçün işləri çətin olacaq.

F-1.az xatırladır ki, Safari Rallisində şiddətli yağış gözlənilir və buna görəd əksər sürücülər üçün ən çətin rallilərdən biri ola bilər. 19 etaplıq rallidə əksər etaplar keçənilki ilə eyni olsa da, bəzi etaplarda vacib dəyişikliklər var. Bu da o deməkdir ki, sürücülər yaxşı hazırlaşmalı və yeni yol qeydləri hazırlamalıdırlar.

Kalle Rovanpera: “Bəzi hissələr yaxşı görünsə də, yağışdan sonra işlər daha da çətinləşəcək. Çətin olacaq. Cümə günü səhər ilk etapdan qayalı bir hissə var və oradan etibarən bəladan qaçmalıyıq. Etapların bəzi hissələri çox fərqlidir. Buna görə də yol qeydlərini tamamilə dəyişdiririk. Məsələn, bəzi virajlar yığışdırılıb və bəziləri yenilənib”.

Qeyd edək ki, cümə günü rallini Kalle Rovanpera başladacaq. Yəni ki, işlər finlandiyalı sürücü üçün ikiqat çətin olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*