K.Rovanpera: Axmaq səhv etdim

Toyota komandasının sürücüsü Kalle Rovanpera bildirib ki, etdiyi qəzaya görə çox məyusdur.

F-1.az xatırladır ki, finalndiyalı sürücü vətənindəki ralliyə yaxşı başlamış və ardıcıl 5 etap qazanmışdı. O, ən yaxın rəqibi Evansı 5.7 saniyə qabaqlayaraq, birinci yerdə qərarlaşmışdı. Lakin 8-ci etapda maşınının idarəetməsini itirib və aşıb. Bununla da ralli ilə vidalaşıb. Lakin həm özü, həm də şturmanı yaralanmayıb.

Kalle Rovanpera: “Çox axmaq qəza idi. Sağa dönən döngədə idim. Əylənmədən sonra normal şəkildə dönə biləcəyimi düşündüm. Problem gözləmirdim. Ancaq dar trayektoriya ilə getdim və maşın arxadan sürüşdü. Əslində vəziyyətdən çıxa bilərdim və maşın arxadan sürüşdü. Vəziyyətdən çıxa bilərdim və bunu bacarmadığım üçün utanıram.

Normalda döngədən sürətlə çıxandan sonra səhv etdiyinizi anlayarsınız, amma bu dəfə hər şey birdən oldu. Maşını yığışdırmaöa çalışsam da, bacarmadım. Məyusam, çünki rahat formada lider gedirdim. Çox limitdə sürmədən yoluma davam edirdim”.

Qeyd edək ki, Kalle Rovanperanın vətəni Finlandiyada hələ də qələbəsi yoxdur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*