K.Rovanoera Hyundai-a gedir?

Çıxan bəzi dedi-qodulara görə Kalle Rovanpera sensasiya edərək, Hyundai-a transfer olunacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2020-ci ildə Toyota ilə idmanda debüt edib və son 3 ildə “podiuma yüksələn ən gənc sürücü”, “ralli qazanan ən gənc sürücü”, “çempion olan ən gənc sürücü” statuslarını əldə edib.

Sonuncu Dünya Çempionu bu il bir az çətinlik çəkir və sadəcə 1 ralli qazanıb. Buna baxmayaraq, o, çempionatda inamla liderlik edir.

22 yaşlı sürücünün Toyota ilə müqaviləsi ilin sonunda başa çatacaq və onun komandada qalması gözlənilir. Ancaq son iddialara görə sensasiyalı keçid görə bilərik.

Bəzi iddialara görə Rovanperanın meneceri Timo Joki Hyundai-la danışıqlara başlayıb. Buna baxmayaraq, həm Toyota, həm də Hyundai cəbhəsi səssizliyini qoruyur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*