F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliyada sıralanma turunda 3-cü yeri tutub.
Kimi Rəykkönen: “Boliddən razı idim. Təkərlər işləməyə başlayanda hər şey daha da asanlaşdı. Amma trafik işimizi çətinləşdirdi. Təkərləri bloklamadan dövrə atmalısınız. İlk döngədə bunu etmək çətin idi. Asan olmasa da, yaxşı yerdəyik. Bizi uzun yarış gözləyir və ilk dövrədə əlimizdən gələni edəcəyik.
Ümumilikdə, bolid yaxşı işlədi və son sessiyada sürətli ola bildim. Təkərlər ideal olmasa da, pis də deyil”.