K.Rəykkönenə cəza verilməyib

Stüardlar sıralanma turunun sonunda Maqnusseni blokladığını düşünülən Rəykkönenə cəza verməyiblər.

F-1.az xatırladır ki, danimarkalı sürücü ilk cəhdini komanda yoldaşı Qrojanın qəzasına görə yarıda qoymuş, son cəhdində isə Rəykkönenin yavaşlamasına görə sürətli dövrə vura bilməmişdi. Amma stüardlar Maqnussenin “məni bilərəkdən yavaşlatdı” iddiaları ilə razılaşmayıblar və finlandiyalı sürücüyə cəza verməyiblər. Stüardlar bildiriblər ki, Maqnussen bu insidentdə vaxt itirib, ancaq Rəykkönen heç nəyi bilərəkdən etməyib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*