K.Rəykkönenə cəza verilməyib

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Monakoda stüardlar tərəfindən araşdırılsa da, cəza almayıb.

F-1.az xatırladır ki, yarışın 11-ci dövrəsində Rəykkönen Loews döngəsində divara çırpılaraq ön qanadını qıraraq yarışı vaxtından əvvəl bitirib.

Yarışı davam etdirmək istəyən Kimi Rəykkönen Mirabeau döngəsində Roman Qrojan və Felipe Massanı ləngidib. Bu hadisədən sonra Roman Qrojan radio vasitəsilə Rəykkönenə sərt reaksiya göstərib. Finlandiyalı sürücü isə tüneldən sonrakı şikanda yarışı vaxtından əvvəl bitirib.

Rəykköneni dinləyən yarış hakimləri finlandiyalıya heç bir cəza verməyiblər.

FİA-nın bu barədə açıqlaması: “Sürücünün təhlükəsiz formada ön qanadını dəyişdirmək üçün pitə gələ biləcəyinə inandığı və buna görə trasda qaldığı məlum olub.

Radio vasitəsilə komanda sürücüsünə bildirib ki, o, tezliklə bolidi dayandırmalıdır. Sürücü də ən yaxın cib olan 10-cu döngədə bolidi saxlayıb”.

Rəykkönen isə yarışdan sonra bunları deyib: “Arxa təkərlərim kilidləndi və Loews döngəsinə girə bilmədim. Divara toxundum və ön qanadımı qırdım.

Daha sonra isə davam etməkdə çətinlik çəkdim. Mənə kimsənin vurduğunu bilmirəm.

Ön qanadın harada olduğunu bilmirdim. Buna görə də, çalışdım ki, yola davam edim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*