F-1.az bildirir ki, hər il İtaliyada La Partita del Cuore (“Ürəklərin oyunu”) adlı xeyriyyə futbol oyunu təşkil olunur. Adətən bu oyunda İtaliyanın tanınmış idmançılarından təşkil olunmuş futbol komandası yerli ulduzlardan, musiqiçilərdən, aktyorlardan təşkil olunmuş komandaya qarşı oynayır.
Bu dəfə Turin şəhərində Juventus komandasının stadionunda baş tutan oyunda komandalardan birinin şərəfini Ferrari-nin sürücüləri – Sebastyan Fettel, Kimi Rəykkönen və Antonio Covinatsi qoruyublar. Skuderiyanın sürücülərindən Kimi daha aktiv olub – 2007-ci ilin dünya çempionu hesabına 3 qol yazıb.
Finlandiyalı sürücü 23-cü dəqiqədə komandasını hesabda önə çıxarıb:
Kimi’s goal & celebration 🎉❤️ #PartitaDelCuore #Bomber #Raikkonen pic.twitter.com/swChGqCRJ4
— Gianlu D’Alessandro (@Gianludale27) 30 мая 2017 г.
Ümumiyyətlə, Kimi oyun zamanı çox yaxşı əhval-ruhiyədə olub, təbəssümü üzündən əskik olmayıb. Monakoda 100%-lik qələbəni əldən verdikdən sonra onu belə görmək Kiminin azarkeşlərini sevindirib:
Kimi smiling 😊❤️ #PartitaDelCuore #Raikkonen #Vettel pic.twitter.com/St7FoWtXLh
— Gianlu D’Alessandro (@Gianludale27) 30 мая 2017 г.
Rəykkönen 60-cı və 62-ci dəqiqələrdə iki top vurmaqla komandasının üstünlüyünü möhkəmləndirib. Aşağıdakı süjetdə həm onun vurduğu qolları, həm də Sebastyan Fettelin necə səhvə yol verdiyini görmək olar:
Kimi’s 2nd & 3rd goal 🎉⚽️ #PartitaDelCuore #Raikkonen pic.twitter.com/XZGdkj5yqv
— Gianlu D’Alessandro (@Gianludale27) 30 мая 2017 г.
Alessandro del Pyero, Pavel Nedved, Edqar Devids kimi keçmiş futbolçuların, Eros Ramazotti kimi ulduzun çıxış etdiyi oyun 5:5 hesabı ilə başa çatıb. Oyunu tribunalardan 42 min tamaşaçı izləyib. Oyundan əldə olunan 2.5 milyon avro vəsait onkoloji xəstəliklərlə mübarizə fonduna köçürülüb.
Qeyd edək ki, Monako yarışından sonra Kiminin Sebastyan Fettellə münasibətləri soyuq görünsə də, matç zamanı bir-birinə qarşı çox mehriban olublar.
Oyunun maraqlı anlarını aşağıdakı videodan izləmək olar:
https://youtu.be/SllIeMnfuvk