K.Rəykkönen: “Yeniliklər bizə üstünlük gətirməyib”

Rəykkönen və Sebastyan Fettel sıralanma turunda Maks Ferstappen və Daniel Rikkardonu qabaqlamışdılar...

F-1.az xatırladır ki, Ferrari sürücüləri sıralanma turunda Red Bull sürücülərini qabaqlasalar da, Fettel startda 3 yer, Rəykkönen isə 5 yer itirmə cəzası almışdı. Beləliklə, almaniyalı sürücü yarışa 6-cı, finlandiyalı sürücü isə 8-ci yerdən başlamışdılar. Amma hər iki sürücü də yarışın sonunda Rikkardonu qabaqlayaraq, 4-cü və 5-ci olmuşdular.

Kimi Rəykkönen: “Bu həftə sürətimiz yaxşı idi. Amma əsl gücümüzü nəticəyə əks etdirə bilmədik. Komandalar arasındakı vəziyyət hər yarış dəyişir. Buna görə də növbəti yarışda harada olacağımızı bilmirəm. Özümü yaxşı hiss edirdim. Bolidin idarəetməsi yaxşı idi. Ümid edirəm ki, növbəti yarışda da belə olar.

Ferrari Malayziyada istifadə etdiyi yenilikləri Yaponiyaya da gətirmişdi. Bu yeniliklərdən əvvəlki yarışda bir az istifadə etmişdik və müqayisə aparmaq üçün burada da istifadə etməyə qərar verdik. Bütün həftəsonu ərzində tempimiz yüksək idi və lazım olmayacağı halda yeni detallardan istifadə etməyəcəkdik. Yeni detallar elə də böyük üstünlük gətirmədi. Buradakı rəqabətədavamlılığımızı yeni detallara bağlaya bilmərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*