K.Rəykkönen yeni mühərriyə keçib

Ferrari komandası İspaniyada Kimi Rəykkönenin mühərriyini dəyişmək qərarına gəlib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə mühərrik problemi yaşayıb və komanda 39 yaşlı sürücüyə pitə qayıtmalı olduğunu deyib. Ferrari komandası cümə günü verdiyi açıqlamada bildirib ki, üçüncü sərbəst yürüşlərdən əvvəl Rəykkönenin bolidinə yeni daxiliyanma mühərriyi, turbo və MGU-H generatoru qoyacaq. Rəykkönen bu dəyişikliklərə görə cəza almayacaq. Boliddən çıxan bu detallar yenidən Maranelloya göndəriləcək və növbəti yarışlarda istifadə edilməsi üçün yoxlanılacaq.

Bundan başqa FİA bildirib ki, Azərbaycanda mübarizəni vaxtından əvvəl dayandıran sürücülər yeni ötürmələr qutusuna keçiblər. Valtteri Bottasdan başqa Maks Ferstappen, Daniel Rikkardo və Esteban Okon yeni ötürmələr qutusuna keçiblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*