F-1.az xatırladır ki, Formula1-də 2006-2013-cü illərdə V8 mühərriklərdən istifadə edilib. 2014-cü ildən etibarən isə V6 turbo mühərriklərə keçid edilib.
Kimi Rəykkönen: “2014-cü ildə yeni mühərriklərə keçmək böyük fərq yaratdı. Çünki hər şey yeni idi və fərqli işləyirdi. Bundan başqa maşınlarda hər şey çox mürəkkəb idi. Ferrari də 2013-cü ildəkinə nisbətən çox zəif idi. Problem təkcə mühərrik deyildi. Amma hazırda vəziyyət V8 dövründən fərqli deyil. Hər şey yaxşı işləyir. Səs fərqli olsa da, sürüş tərzi eynidir. Fərqli bir şey etmirik”.