K.Rəykkönen: Yaşlandıqca yavaşladım

Sabiq Formula1 sürücüsü Kimi Rəykkönen bildirib ki, yaşlandıqca sürəti azalıb.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü idmanda 19 mövsüm keçirib və 2007-ci ildə titulu bayram edib. O, gənc illərində sürətinə görə seçilirdi.

Lakin yaşlandıqca əvvəlki aqressivliyi azalmağa başladı və əvvəlki kimi olmadı.

Kimi Rəykkönen: “Sözün açığı, o dövrlər çox gənc idim. Keçən illər sizi fərqliləşdirir. Hazırda 25 yaşımdakı kimi sürətli deyiləm.

Əslində bunu hiss etmirəm, amma nəsə olub. Dəyişiklik olmaması mümkünsüzdür. Başqa nüanslar da var. Hər il maşınlar və təkərlər dəyişir.

2003-cü ildə güclü idim. 2007-ci ildə də yaxşı iş gördük. Yoxsa çempion ola bilməzdik. Ferrari-yə öyrəşmək üçün vaxt lazım idi. Xüsusən də ilin ikinci yarısında yarış tempində çox güclü idik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*