K.Rəykkönen: Yarış keçirilməməlidir

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Koronavirus pandemiyasının aktiv olduğu vaxtlarda Formula1-in başlaması doğru deyil.

F-1.az xatırladır ki, bütün xəbərdarlıqlara baxmayaraq, Liberty Media yerli orqanların qərarı ilə Avstrraliyadakı yarışı keçirmək qərarına gəlmişdi. Lakin bu gün McLAren komandasının bir işçisində Koronavirus tapılıb və Britaniya təmsilçisi yarışdan çəkilib.

Kimi Rəykkönen: “Yarışın keçirilməsi bizimlə əlaqəli deyil. Bu, doğru deyil. Ancaq heyif ki, bizim qərarımız deyil. Əgər komandalar istəməsəydi, onda keçirilməzdi. Paddokda bəzi adamların xəstələndiyini eşitdim. Heç kim bilmir ki, sonda nə olacaq. Təkcə bizimçün yox, hamı üçün vəziyyət kritikdir. Görək sonu necə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*