F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliyada start finiş düzlüyündə bolidinin idarəetməsini itirərək, divara çırpılmışdı. Rəykkönendən başqa Qrojan yarışın startı üçün trasa çıxarkən, Felipe Massa və Markus Eriksson isə yarış vaxtı qəza edərək mübarizəni dayandırmışdılar. Bundan sonra sürücülərin çoxu Pirelli-nin yağış təkərlərini tənqid edib.
Kimi Rəykkönen: “Bu təkərlərlə sürüşmək çox asandır. Amma yağış çox güclü yağmırdı. Bunu daha əvvəl də dedik. Təbii ki, təkərlərin performansını trasın vəziyyəti və başqa şeylər müəyyən edir. Bundan 12 il əvvəlki yağış təkərlərinə baxdığınızda, o tərkiblərin yağışda necə getdiyini görəcəksiniz. Amma hazırda bir damcı su olan kimi asfaltla ilişməyiniz sıfıra düşür”.