F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, startda həmyerlisi Bottasın gerisində qalaraq, 3-cü yerə düşüb və yarışboyu yuxarı pillələrə yüksələ bilməyib.
Kimi Rəykkönen: “Bu gün çox pis start aldım və idealdan çox uzaqda idi. Amma bu həftəsonu irəliyə doğru addımlar ata bildik. Üçüncü yeri tutsam da, bolid yaxşı performans göstərdi. Startdan sonra bir müddət bolidin ideal vəziyyətə gəlməsini gözlədim və o anda öndəkilər fərqi artırdılar. Yarışdakı nəticəni xırda detallar təyin etdi. Hər şeyi bir araya gətirsək, zirvəyə qayıdacağımıza inanıram. Barselonada ən öndə olmaq üçün işləməyə davam edəcəyik”.