F-1.az xatırladır ki, Alfa Romeo Bəhreyndə xal qazana bilməsə də, keçən ilə nisbətən rəqabətədavamlı görünüb.
Kimi Rəykkönen: “İmolada xal uğrunda mübarizə aparacağıq, lakin asan olmayacaq. Bəhreyndə yaxşı həftəsonu keçirsək də, xalsız qaldıq. Buna görə də, 4-cü gündən bazar gününə qədər təkmilləşməliyik. Ümid edirəm ki, hər şey yaxşı olar və xal qazanarıq. Hər şeydən xəbərdarıq. Buna görə də boliddən maksimumu almalıyıq”.