F-1.az xatırladır ki, pandemiya başladıqdan sonra bəzi sürücülər öz aralarında virtual yarışlar keçirməyə başlayıblar.
Kimi Rəykkönen: “Bunu etməyə vaxtım yoxdur. Ailəmlə vaxt keçirirəm. Virtual yarışlar çox vaxt aparır. Buna vaxt ayırmaqdansa, başqa işlər görərəm. Bunu gənc olanda oynayırdım. O vaxtlar belə məşğul deyildim. Bir Playstation-um var və 10 ildir ki, istifadə etmirəm. Robin qardaşım oğlunda görüb birinini istədi və tezliklə oynayacaq. Lakin mənim oynamağa vaxtım yoxdur”.