K.Rəykkönen: “Üçüncülük faciə deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, gün ərizndə istədiyi ritmi tuta bilməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycandakı sonuncu sərbəst yürüşlərdə güclü nəticə göstərsə də, sıralanma turunda 3-cü yeri tutub. Rəykkönen lider Həmiltondan 1.1, Bottasdan 0.6 saniyə geridə qalıb. Lakin, peletonun ən yaşlı sürücüsü komanda yoldaşı Fetteli 0.1 saniyə qabaqlaya bilib.

Kimi Rəykkönen: “Bütün həftəsonu ərzində təkərləri yaxşı işlətməyə çalışdıq və bu gün dünənə nisbətən daha çox problem yaşadıq. Əgər təkərləri yaxşı işlədə bilsəniz, işiniz asan olar, amma bu gün belə olmadı. Təkərlər işləyəndə bolid güclü idi, lakin hər şey təkərlərdən və dövrədən asılı idi. İlk döngəni limitlərdə keçə bilmədim Bolidin idarəetməsini itirmək və səhv eləmək çox asan idi. Amma son dövrədə özümü yaxşı hiss etdim. Üçüncü yer fəlakət deyil. Sevinciliyəm. Bu gün əlimizdən gələni etdik. Yarışda daha çox dövrə vuracağıq. Rəqiblərimizə göründüyündən daha yaxınıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*