F-1.az xatırladır ki, qış testləri bu il Üç gün olacaq və hər sürücünün 1.5 gün vaxtı olacaq.
Kimi Rəykkönen: “Testlər tezliklə başlayacaq. Yeni mövsüm yaxınlaşır. Görək nə olur. Test günlərində əlimizdən gələni etməliyik. Keçən ilə nisbətən reqlamentdə dəyişiklik olsa da, eyni maşınları sürəcəyik. Şassinin inkişafı dondurulub. Lakin yeni motorumuz və bir neçə yeni detalımız var. Buna görə də bunların necə işləyəcəyini anlamalıyıq. Builki əsas hədəfimiz keçən ilə nisbətən yaxşı nəticələr qazanmaqdır.
Testlərdə yarım gün belə itirmək faciə olar. Bu üç gündən maksimum dərəcədə faydalanmalıyıq. Bacardığımız qədər çox dövrə vurmalıyıq”.