F-1.az bildirir ki, finlandiyalı Dünya Çempionunun oktyabrda 41 yaşı tamam olacaq və komandası Alfa Romeo ilə müqaviləsi ilin sonunda bitəcək.
Rəykkönen Macarıstandakı sıralanma turunda sonuncu yeri tutmuşdu. Britaniya Qran Prisində dünən keçirilmiş sıralanma turunda isə ilk sessiyadan ələnib. 2007-ci ilin Dünya Çempionu ilk 3 yarışda xal qazana bilməyib.
Britaniya mətbuatı bildirir ki, Kimi Rəykkönen təqaüdə çıxacağı ilə bağlı qərarını Alfa Romeo-ya bildirib. Hələki tərəflər bu barədə məlumat verməyiblər.